Demokrat.az güney azərbaycanlı şairə Muğan qızının şeirlərini təqdim edir:
Yuxu olsaydın
Səni gözümə sürmə çəkib yatardım mən,
Mışım-mışım
incə-incə.
Sən bir mahnı
təranəsən,
Oxunmağa can atırsan.
Səni Orxun, səni Latın,
Səni türkcə oxuyaram.
ulusların amacı tək yaşayram,
yaşadaram.
Sən gözəlsən, düşüncəmsən,
Yaşıl, mavi, qırmızımsan,
Məni yellən,
məni uç,
Ucalardan səsim gəlsin,
qartal təkin,
çinar təkin.
Beynimdəki duyğuların
ən aydın şəkili, sənsən.
Məni uçur, arzuların qovuşduran mahalına,
Mşım-mışım,
incə-incə
mahnı-mahnı
8 sentyabr 2026
***************
Çillə gəlir
Uzanır gecənin əlləri şəhrin canına
Qar da yağır
Deməyə söz gəzirəm
Amma yox,
Sözümü deməyə söz gəzirəm
Sözümə baxmalıyam
Qan qoxusun silməliyəm
Gözümü yummalıyam
Silkələnib beynimdən
Daş, dəmirtək səs edən hay huyumu Atmalıyam,
Özümü sadəliyə vurmalıyam
Axı qan, qandı mənim beynimdə
Qazetəyə baxmaq həmən
İlk xəbərlər belədir.
Ət tapılmır
Bahadır hatta soğan
Və acından ölüb ınsan balası
Quruyubdur dənizim (Urmu gölüm)
Mənə bax
Mənə bax ay qara qancıl ürəgim
Meşələr də yanıb
Hələ çoxlu xəbərin heş demirəm
Mən demirəm əlbəttə
Bu xəbərlər oların sözləridi.
Heç utanmırlar ki,
Kürəgində uşaq
Zibilin içrə gəzən arvatdan?!
Gözümü yummalıyam
Görməyim gəlmir axı dəhşəti mən
Elə bil qar da yağır
Hələ pis pis çillədir!!!
Süfrənin bağrı yanır
Atanın bağrı təkin
Ananın ahı təkin
Və nışanlı qıza pay getmə için
Kim bilir kim haradan borc alacaq?!
Mən özüm sadəliyə Xuy (ünsiyət) tapıram
Çilləni bayramı da
Atmalıyam
Bu xəbər gerçəkdir
Ət bahadır!
Yeyir ınsan qəm ilə qüssə kədər
Gözümü yummalıyam
Heyva ya, xurmalıya, al ənara (Qıp-qırmızı nara)
Day özümdən demirəm.
Mən səni çox sevirəm
Heç bilirdin əzizim,
Çox sevirəm.
Ölməmişdən deməli sevgilimə
Anamı öpməliyəm
Atamı bağrıma basmış
Və onun əllərini
Əlimə almalıyam.
Bahalıqdır, bahalıq
Heç sevinmir ürəyim
Çillə gəlir.
19 dekabr 2025
Müəllif: Güney Azərbaycanlı Pərisa Ciddi (Muğan qızı)
Qısa arayış: Hazırda Şairə xanım Muğan Qızı təxəllüsü ilə yazan Pərisa Ciddi, əslən Muğanın Prsa Abad kimi təhrif edilmiş “Qoç Qışlağı” şəhərindən olaraq əski adı “Ocan” və farslaşdırma nədəni ilə “BostanAbad” kimi dəyişdirilmış Şəhərin Əmin Abad Kəndində ailəsi ilə yaşayır, Ata evi isə Ərdəbildədir.
Yuxu olsaydın
Səni gözümə sürmə çəkib yatardım mən,
Mışım-mışım
incə-incə.
Sən bir mahnı
təranəsən,
Oxunmağa can atırsan.
Səni Orxun, səni Latın,
Səni türkcə oxuyaram.
ulusların amacı tək yaşayram,
yaşadaram.
Sən gözəlsən, düşüncəmsən,
Yaşıl, mavi, qırmızımsan,
Məni yellən,
məni uç,
Ucalardan səsim gəlsin,
qartal təkin,
çinar təkin.
Beynimdəki duyğuların
ən aydın şəkili, sənsən.
Məni uçur, arzuların qovuşduran mahalına,
Mşım-mışım,
incə-incə
mahnı-mahnı
8 sentyabr 2026
***************
Çillə gəlir
Uzanır gecənin əlləri şəhrin canına
Qar da yağır
Deməyə söz gəzirəm
Amma yox,
Sözümü deməyə söz gəzirəm
Sözümə baxmalıyam
Qan qoxusun silməliyəm
Gözümü yummalıyam
Silkələnib beynimdən
Daş, dəmirtək səs edən hay huyumu Atmalıyam,
Özümü sadəliyə vurmalıyam
Axı qan, qandı mənim beynimdə
Qazetəyə baxmaq həmən
İlk xəbərlər belədir.
Ət tapılmır
Bahadır hatta soğan
Və acından ölüb ınsan balası
Quruyubdur dənizim (Urmu gölüm)
Mənə bax
Mənə bax ay qara qancıl ürəgim
Meşələr də yanıb
Hələ çoxlu xəbərin heş demirəm
Mən demirəm əlbəttə
Bu xəbərlər oların sözləridi.
Heç utanmırlar ki,
Kürəgində uşaq
Zibilin içrə gəzən arvatdan?!
Gözümü yummalıyam
Görməyim gəlmir axı dəhşəti mən
Elə bil qar da yağır
Hələ pis pis çillədir!!!
Süfrənin bağrı yanır
Atanın bağrı təkin
Ananın ahı təkin
Və nışanlı qıza pay getmə için
Kim bilir kim haradan borc alacaq?!
Mən özüm sadəliyə Xuy (ünsiyət) tapıram
Çilləni bayramı da
Atmalıyam
Bu xəbər gerçəkdir
Ət bahadır!
Yeyir ınsan qəm ilə qüssə kədər
Gözümü yummalıyam
Heyva ya, xurmalıya, al ənara (Qıp-qırmızı nara)
Day özümdən demirəm.
Mən səni çox sevirəm
Heç bilirdin əzizim,
Çox sevirəm.
Ölməmişdən deməli sevgilimə
Anamı öpməliyəm
Atamı bağrıma basmış
Və onun əllərini
Əlimə almalıyam.
Bahalıqdır, bahalıq
Heç sevinmir ürəyim
Çillə gəlir.
19 dekabr 2025
Müəllif: Güney Azərbaycanlı Pərisa Ciddi (Muğan qızı)
Qısa arayış: Hazırda Şairə xanım Muğan Qızı təxəllüsü ilə yazan Pərisa Ciddi, əslən Muğanın Prsa Abad kimi təhrif edilmiş “Qoç Qışlağı” şəhərindən olaraq əski adı “Ocan” və farslaşdırma nədəni ilə “BostanAbad” kimi dəyişdirilmış Şəhərin Əmin Abad Kəndində ailəsi ilə yaşayır, Ata evi isə Ərdəbildədir.

