Məşhur gürcü qrupu çıxışını ləğv etdi

DÜNYA 18 oktyabr 2024, 15:55
Gürcüstanın məşhur “Mqzavrebi” (“Səyahətçilər”) musiqi qrupu oktyabrın 20-də meriya tərəfindən açılan yeni Tbilisi parkında çıxışını ləğv edib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb .

Təşkilatın bəyanatında deyilib ki, “Konsert ləğv edilib. Gürcüstanın gələcəyi Avropadadır”. 

Şəhər rəhbərliyi parkın açılışının qeyd edilməsinin hələ də davam edəcəyini bildirib.

Oktyabr ayında Avropa Şurası Brüsseldə keçirilən sammitdən sonra  Gürcüstanın Avropa İttifaqınadaxil olması prosesinin  de-fakto dayandığını elan etdi. Avropa Parlamentinin deputatları hesab edirlər ki, Gürcüstan hakimiyyətinin hərəkətləri Avropa dəyərlərinə ziddir. Onlar, LGBT təbliğatına qoyulan qadağanın ləğvini tələb edirlər. 


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 18:12
Top