Avropa çempionu azarkeşin formasını oğurlayıb — VİDEO

İDMAN 18 oktyabr 2024, 17:40

Portuqaliya millisinin futbolçusu Luiş Nani azarkeşin formasını oğurlamaqda günahlandırılıb.

Hadisə 37 yaşlı Avropa çempionunun çıxış etdiyi “Estrela” klubunun stadionu yaxınlığında baş verib.

Naninin AVRO-2016-nın qalibi olan formasının surətini onlayn aldığını iddia edən bir azarkeş “Mançester Yunayted”in keçmiş oyunçusundan onu imzalamağı xahiş edib. Sosial şəbəkələrdə Luişin maşın sürərkən pərəstişkarı ilə danışdığı video yayımlanıb. İddia olunur ki, Portuqaliya millisinin keçmiş oyunçusu futbolkanı haradan aldığını da soruşub.

Azarkeşin sözlərinə görə, Nani köynəyi götürərək oradan uzaqlaşıb. Şoka düşən şəxs sonda polisə müraciət edib. (Idman.biz)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 18:12
Top