"Qalatasaray"a Viktor Osimhendən şad xəbər gəldi

İDMAN 17 oktyabr 2024, 13:45
Avropada transfer pəncərəsi bağlandıqdan sonra "Napoli"nin "Qalatasaray"a icarəyə verdiyi Viktor Osimhenlə bağlı yeni xəbər yayılıb. 

Demokrat.az
"Fanatik"ə istinadən xəbər verir ki, nigeriyalı ulduzun "Çelsi"yə transferi baş tutmayacaq.

İngiltərənin "Football Insider" nəşrinin xəbərinə görə, "Çelsi" UEFA-nın maliyyə fair-play (FFP) qaydaları ilə ciddi problem yaşayır. Premyer Liqa nəhənginin UEFA ilə daha əvvəl bağlanmış müqavilə şərtlərindən uzaq olduğu, bu səbəbdən qışda transferə 75 milyon avro xərcləməyin mümkün görünmədiyi, Osimhenin transferinin reallaşmasının çox çətin olduğu bildirilib. 

"Çelsi" Osimhen transferində "Qalatasaray"ın əsas rəqibi hesab olunurdu. Lndon klubunun bu yarışdan çıxması "Qalatasaray" üçün əlavə üstünlük yaradır.

İtaliya mediasının məlumatına görə, "Napoli" Osimhenin transeri üçün "Qalatasaray"dan 75 milyon avro tələb edir. Nigeriyalı ounçunu başqa bir klub transfer etsə, məbləğ 81 milyona qalxacaq. Transfer yanvarda baş tutsa, bu məbləğin 6 milyon avrosu bonus olaraq "Qalatasaray"a ödəniləcək. İndi İstanbul klubu onun transfer hüququnu almaq üçün sponsor axtarır.

Qeyd edək ki, "Qalatasaray"da 4 matça çıxan Osimhen 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun icarə müqaviləsi bir illikdir. "Transfermarkt" Osimhenə 100 milyon avro qiymət qoyub.

Jalə
Demkrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top