Veysəloğlu"nun 30 illik yubiley fəaliyyətləri çərçivəsində "V-Cup" adlı voleybol turniri yekunlaşdı — FOTOLAR

İDMAN 16 oktyabr 2024, 14:14
Veysəloğlu Şirkətlər Qrupunun 30 illik yubiley fəaliyyətləri çərçivəsində Azərbaycan Voleybol Federasiyasının tərəfdaşlığı ilə keçirilən "V-Cup" adlı voleybol turniri yekunlaşıb. Turnirdə 44 komanda iştirak edib. 13 iyuldan 12 oktyabra qədər davam edən yarışda "Veysəloğlu Distribusiya" 17, "Araz" 16, "Oba" 9, "Mərkəz" isə 2 komanda ilə təmsil olunub.

Turnirin ilk mərhələsi qrup formatında keçirilib, sonrakı mərhələlər isə Olimpiya sistemi ilə finala qədər davam edib. Azərbaycan Voleybol Federasiyasının Dərnəgüldəki voleybol bazasında baş tutan final mərhələsində birinci və ikinci yerlər üçün "Veysəloğlu Maliyyə" və "CRM" komandaları, üçüncü yer üçün isə "Jesto" və "Xonça" komandaları mübarizə aparıb.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan şirkətlərin əməkdaşlarının və onların ailə üzvlərinin  böyük azarkeş dəstəyi ilə yekunlaşan yarışın son nəticələrinə uyğun olaraq, ilk yerlər  belə müəyyənləşib: birinci və ikinci yerin qalibləri "Veysəloğlu Distribusiya" şirkətinin "CRM" və "Maliyyə" komandaları olub.

Üçüncü yeri isə "Ulduz" şokolad fabrikinin "Jesto" komandası əldə edib. Turnirin qaliblərinə mükafatlar verilib. Əlavə olaraq, turnirdə iştirak edən 450-dən çox iştirakçı sertifikatla təltif olunub. Qaliblərin təltifetmə mərasimində Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Talıbov, şirkətin rəhbərliyində təmsil olunan digər şəxslər , Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və Federasiyanın vitse-prezident Faiq Qarayev də iştirak edib.













SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top