Türkiyə Super Liqasının dəyəri açıqlandı — Fantastik məbləğ

İDMAN 18 oktyabr 2024, 12:41
Türkiyə Super Liqasında çıxış edən 19 klubun ümumi dəyəri açıqlanıb.

Demokrat.az
xəbər verir ki, klubların ümumi dəyəri 1,15 milyard avro təşkil edib.

4 böyük klubun ("Qalatasaray", "Fənərbağça", "Beşiktaş", "Trabzonspor") ümumi dəyəri 735 milyon avro təşkil edir ki, bu da ümumi məbləğin 64 faizi deməakdir.

Müqayisə üçün qeyd edək ki, 2021/22 mövsümündə Super Liqada mübarizə aparan 20 komandanın ümumi heyət dəyəri 1 milyard 90 milyon avro olaraq hesablanmışdı. Həmin mövsüm 4 böyük klub bunun 51,27 faizini təşkil edirdi.

2022/23 mövsümündə cəmi 1,2 milyard avronun 54,9 faizi - 658,88 milyon avrosunu böyük klublar təşkil edib. 2023/24 mövsümündə isə ümumi məbləğ 1,26 milyard avroya yüksəlib və bunu 739,36 milyon avrosu (58,68 faizi) 4 böyük klubun payına düşüb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 13:13
Top