İdman

"Qalatasaray" qış transferinə indidən başlayır: 3 futbolçu gələcək

Qalatasaray qış transferinə indidən başlayır: 3 futbolçu gələcək

Türkiyənin "Qalatasaray" klubu qış transfer dönəmi üçün hazırlıqlara erkən başlayıb.

Demokrat.az xəbər verir ki, yay transfer pəncərəsində heyətinə 5 yeni futbolçu cəlb edən İstanbul təmsilçisinin buna baxmayaraq bəzi mövqelərdə çatışmazlıqları olduğu bildirilir. Klub rəhbərliyi qışda eyni vəziyyətin təkrarlanmaması üçün transfer çalışmalarını indidən sürətləndirmək niyyətindədir.

Məlumata görə, "sarı-qırmızılılar" əsas diqqəti orta sahə və müdafiənin mərkəzinə yönəldəcək. Orta sahəyə iki futbolçunun alınması nəzərdən keçirilir. Stoper mövqeyində isə daha konkret və prioritet bir hədəfin müəyyənləşdirilməsi planlaşdırılır.

Klubun transfer siyahısına daxil etdiyi futbolçularla əvvəlcədən əlaqə yaratmaq və danışıqlara erkən başlamaq istədiyi qeyd olunur. Rəhbərliyin məqsədi qış transfer pəncərəsi açıldıqdan sonra vaxt itkisi yaşamamaq və mümkün transferləri daha sürətli şəkildə yekunlaşdırmaqdır.

Yayda transferlərdə gecikdiyi ilə bağlı tənqid olunan klubun qış dönəmində bu problemin qarşısını almaq üçün peşəkar heyətə artıq tapşırıqlar verdiyi bildirilir.

"Qalatasaray"ın transfer siyasətində baş məşqçi Okan Burukun hazırlayacağı hesabat əsas götürüləcək. Klub rəhbərliyinin Burukun ehtiyac duyduğu mövqelərə uyğun futbolçuların transferi üçün hərəkətə keçəcəyi gözlənilir.

Beləliklə, "Qalatasaray"ın qış transfer pəncərəsində ən azı 3 yeni futbolçu ilə heyətini gücləndirmək istiqamətində çalışacağı qeyd edilir.

Jalə

B
Qeyd edilməyib