Türkiyənin Adıyaman şəhərində özəl xəstəxanalardan birində küvəzə yerləşdirilən 5 günlük körpənin qolu yanıb.
Demokrat.az NTV Türkiye"yə istinadən xəbər verir ki, xəstəxana hadisəyə küvəzin istilik dərəcəsinin səbəb ola biləcəyini bildirib. Ailə günahkarların cəzalandırılmasını istəyir. Hadisə barəsində cinayət işi açılıb.
Qeysəriyyə əməliyyatı ilə doğulan körpənin qan şəkərinin aşağı olduğu müəyyən edilib. Həmin xəstəxanada boş küvəz olmadığı üçün körpə özəl xəstəxanaya köçürülüb. Təxminən bir həftə sonra körpənin qolunda yanıqlar yaranıb.
Körpə müalicə olunub və qoluna sarğı qoyularaq evə buraxılıb. Körpənin qolunda yanıq izlərinin qalmayacağını bildiriblər.
Törə Zeynallı
Demokrat.az