"Barselona"da şok hadisə — 1 milyon avroluq fırıldaq niyə baş tutmadı?

İDMAN 18 oktyabr 2024, 14:47
"Barselona" klubu fırıldaqçıların qurbanı olmaqdan son anda qurtulub.

Demokrat.az
xarici mediaya istinadən xəbər verir ki, İspaniya təmsilçisi özünü futbolçu Robert Levandovskinin agenti kimi təqdim edən fırıldaqçıya 1 milyon avro köçürüb.

Hadisə 2022-ci ildə baş verib. Fırıldaqçı klubla oyunçu agenti Pini Zahavi adı ilə əlaqə saxlayıb. O, komissiya olaraq Kipr hesabına pul köçürməyi xahiş edib.

Kataloniya klubu pulu köçürüb, lakin bank şübhəli hesab edərək əməliyyatı bloklayıb. "Barselona" Zahavi ilə əlaqə saxlayıb və o, kataloniyalılardan pul göndərmələrini istəmədiyini bildirib. "Barselona" bankla əlaqə saxlayaraq transfer məbləğini geri qaytarıb.

Qeyd edək ki, Levandovski karyerası ərzində Polşanın "Legia", "Znix", "Lex", Almaniyanın "Borussiya" (Dortmund), "Bavariya" klublarında çıxış edib və 2022-ci ildə "Barselona" forması geyinir. Kataloniya klubu onu "Bavariya"dan 45 milyon avroya transfer edib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 15:50
Top