COP29 turizm sektoruna necə təsir edəcək? — AÇIQLAMA

COP29 18 oktyabr 2024, 15:58
"COP29 həm status, həm də iştirakçıların sayına görə dünyanın ən böyük tədbirlərindən hesab olunur". 

Bu sözləri Demokrat.az-a deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, COP29 iqlim dəyişikliyi və ətraf mühitlə bağlı tədbir olmaqla yanaşı iqtisadi xarakter də daşıyır. Çünki COP29 keçiriləcəyi müddətdə ölkəyə kifayət qədər turist gəlməsinı imkan yaranır:

"Ölkənin turizm və xidmət sektorunun gəlirliyi artır. Digər tərəfdən ölkənin potensialı təqdim olunur. Azərbaycanın iqtisadi potensialının COP29 kimi böyük, beynəlxalq tədbirdə təqdimatı ölkəyə sərmayenin cəlb edilməsi baxımından əhəmiyyətlidir. İqtisadiyyata daha çox sərmaye qoyulur, inversorların cəlbinə imkan yaranır. Gözlənti bundan ibarətdir ki, yalnız turizm və xidmət sektoru deyil, bütövlükdə sərmayenin cəlb edilməsi ilə Azərbaycan COP29-un təşkilindən faydalana bilsin".


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 18:12
Top