Şuşaya səfər edən Gürcüstan azərbaycanlısı: “Təəssüratlarımı şagirdlərimlə də bölüşəcəyəm”

GÜNDƏM 18 oktyabr 2024, 17:24
Mən ilk dəfədir Şuşa şəhərindəyəm. Doğma torpağımıza birinci dəfə ayaq basanda sevinc göz yaşlarımı saxlaya bilmədim.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşaya səfər edən Gürcüstanda yaşayan azərbaycanlı Ramilə Babakişiyeva söyləyib.

O qeyd edib ki, Şuşa təəssüratlarını şagirdləri ilə də bölüşəcək. “Mən Gürcüstanda yerləşən məktəbdə ibtidai sinif müəllimiyəm. Hər zaman şagirdlərimə Qarabağımız, qədim Şuşamız haqqında məlumat verir, onlara tariximizi öyrədirəm. Şuşa şəhərində yaşadığım hissləri onlara çatdırmaq mənim üçün də qürurverici olacaq”, - deyə o əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 18:12
Top