“18 oktyabr xalqımızın tarix və bəşəriyyət qarşısında özünütəsdiqi günüdür”

GÜNDƏM 18 oktyabr 2024, 14:43
“18 oktyabr – Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının tarix və bəşəriyyət qarşısında özünütəsdiqi günüdür”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai-siyasi xadim, istiqlalçı millət vəkili Vahid Əhmədov bildirib. O, qeyd edib ki, Azərbaycan xalqı 1991-ci ilin 18 oktyabr tarixində yenidən öz müstəqilliyini bərpa etməklə bütün gələcəyini müəyyən etmiş oldu:
 
“1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan xalqı yenidən öz müstəqilliyini bərpa etməklə 70 illik əsarətə son qoydu, öz taleyinə, öz gələcəyinə sahib çıxdı.
 
Şübhəsiz, müstəqilliyə gedən yol asan olmadı. Azərbaycanın müstəqilliyini heç cür həzm edə bilməyən qüvvələr, beynəlxalq güclər dövlətimizə təzyiqlər göstərməyə,  onu öz iradəsindən döndərməyə çalışdılar. Lakin Azərbnaycan xalqı bütün təzyiqlərə və təhdidlərə rəğmən müstəqillik yolundan imtina etmədi. Əksinə, erməni faşizmi ilə mübarizə şəraitində belə öz müstəqilliyini qoruyub saxlamaq üçün böyük fədakarlıqlar göstərdi.
 
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, iqtisadiyyatının güclənməsi, nizami ordunun yaradılması, neftimizin dünya bazarına çıxarılması istiqamətində prinsipial addımlar atdı, mühüm qərarlar qəbul etdi. Prezident İlham Əliyevin hakimiyyəti dönəmində isə Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə bütün dünyaya əsl gücnü nümayiş etdirdi.
 
Bu gün müstəqil, güclü Azərbaycan yalnız Cənubi Qafqaz regionunda deyil, bütün dünyada söz sahibidir. Ölkəmizin artan hərbi-iqtisadi gücü,  siyasi nüfuzu onu deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə beynəlxalq aləmdəki imicinin daha da yüksəlməsinə nail olacaq, əldə etdiyi yeni uğurlarla regiondakı ldierliyini daha da möhkəmləndirəcək.
 
Mən xalqımızı bu əlamətdar gün münasibətilə təbrik edir, dövlətimizə, Müzəffər Ali Baş Komandanımıza uğurlar arzulayıram”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 15:50
Top