Azərbaycanda süni intellekt və data elmləri inkişaf edəcək — AÇIQLAMA

GÜNDƏM 18 oktyabr 2024, 12:23
Xəbər verdiyimiz kimi, Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu işə başlayıb.

Forumda süni intellekt nəzəriyyəsi, innovativ metodların hazırlanması və tibb, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data elminin tətbiqi məsələləri müzakirə edilib.

Forumda həmçinin orumda maşın proqramlaşdırma, süni intellekt və data elmləri sahələrində inqilabi ideyalar müzakirə olunub.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda süni intellekt və data elmləri sahəsində geniş miqyaslı tədbirlərin keçirilməsi ölkə üçün töhfəvericidir:

“Düşünürəm ki, özəl və dövlət qurumları bu tədbirlərə cəlb olunmalıdır. Tibb, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data əsaslı qərar vermə, data elmlərinin tətbiqi, mütəxəssislərin inkişafı təqdirəlayiq hesab olunur. Süni intellekt metod və alqoritmlərinin yaradılmasında yeni mütəxəssislərin bu təlimlərə cəlb olunması, müzakirələrin aparılması gələcəkdə Azərbaycanda bu sahənin inkişafını təmin edəcək. Bunların ərsəyə gəlməsi üçün dövlət qurumları və özəl sektorlar bir araya gəlib məlumata çıxış üçün “data set”lərin və “big data”nın ümumi ölkə üzrə açıq resursda yaradılması və maraqlı tərəflərin burada iştirakçıya çevrilməsi və müxtəlif sahələrdə “big data”nın formalaşması və məlumat bazalarının yaradılması istiqamətində çalışmalıdırlar”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 13:13
Top