Azərbaycanı təbrik etdilər — YENİLƏNDİ

SİYASƏT 18 oktyabr 2024, 13:39
Türkiyənin Xarici İşlər Nazirliyi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.

Demokrat.az xəbər verir ki, Türkiyə XİN-in “X” hesabında edilən paylaşımda deyilir:

“Dost və qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Günü mübarək olsun!”

***

İranın Azərbaycandakı Səfirliyi də ölkəmizi Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik edib.

Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib. 

***

Bununla yanaşı, ABŞ-nin Bakıdakı Səfirliyi də Müstəqilliyin Bərpası Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib:

“ABŞ Səfirliyi müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını və təbriklərini çatdırır”.

***

İsrailin Bakıdakı Səfirliyi “X” hesabında yazıb: 

“Xalqın öz müstəqilliyini bərpa etdiyi bu tarixi gündə, 18 Oktyabrda, azərbaycanlıların mətanət və azadlıq ruhunu uca tuturuq”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 15:50
Top