3+3 formatı regionun inkişafı üçün əhəmiyyətlidir — AÇIQLAMA

GÜNDƏM 18 oktyabr 2024, 15:25
“3+3 formatının yaradılmasında məqsəd regionda sabitliyi təmin etmək olub. Regionda sülhün təmin olunması, regionun inkişaf etməsi üçün bu format yaradıldı, bu vaxtda qədər bir neçə dəfə görüşlər keçirildi. Region ölkələrinə töhfəsi var bu platformanın, çünki bölgənin böyük dövlətləri ilə kiçik dövlətlərini bir-birinə bağlayır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

R.Məmmədova qeyd edib ki, Gürcüstan əvvəl bu platformada iştirak etmək istəmirdi, səbəb Rusiyanın onun ərazilərini işğal etməsi idi:

“Azərbaycanla Ermənistan arasıda münaqişə isə sona çatıb, lakin müharibədən sonra Azərbaycanın irəli sürdüyü şərtlərlə Ermənistan razılaşmadığı üçün bu format hələ istədiyimiz kimi fəaliyyət göstərə bilmir. Regiondakı logistik layihələr, nəqliyyat dəhlizləri hələ açılmayıb. Ermənistanın havadarları təəssüf ki, regionda yeni münaqişələr yaratmaq istəyirlər. Ermənistanın hər dəfə bu format çərçivəsində görüşlərə dəvət edilməsi çox vacibdir, o, regionda sülhün bərqərar olunmasının əhəmiyyətini anlamalıdır. Ermənistan regionun siyasi və iqtisadi inkişafına dəstək olmalıdır. 3+3 formatı bu baxımdan əhəmiyyət daşıyır”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə işgüzar səfərdədir. Nazir səfər çərçivəsində “3+3” formatında görüşdə iştirak edəcək. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 18:12
Top