Türkiyəyə ilk qar yağıb

DÜNYA 18 oktyabr 2024, 13:13
Türkiyəyə ilk qar yağıb.

Demokrat.az xəbər verir ki, bu barədə görüntüləri "TRT Haber" dərc edib.

Bildirilib ki, Rizədə hava istiliyinin azalması ilə başlayan yağış səhər saatlarından etibarən yüksək dağlıq yaylalarda qara çevrilib.

Kaçkar Dağları Milli Parkı sərhədləri daxilində, 2400 metr yüksəklikdəki Huser Yaylası ağ örtüyə bürünüb.

Həmçinin Bayburtda dünən axşam saatlarından etibarən müşahidə edilən soyuq hava və yağış yerini yüksəkliklərdə qar yağışına verib. (Baku.ws)

Görüntüləri təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top