Soyuq havada səyahət edərkən nələrə diqqət etməli?

GÜNDƏM 18 oktyabr 2024, 20:13
Ölkəmizdən saysız-hesabsız tur şirkətləri mövcuddur. İnsanlar tur şirkətlərini sosial mediadan görür və ya dost-tanışdan maraqlanır. Soyuq havalarda səyahət üçün tur seçərkən nələrə diqqət etməliyik?

Məsələ ilə bağlı Demokrat.az-a danışan  təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, turlar təşkil olunarkən gediləcək yerin coğrafi vəziyyəti, relyefi, iqlimi, hava şəraiti, orada qarşılaşa bilinəcək təhlükələr nəzərə alınmalıdır:

"Gediləcək yerlər sürüşmə, seysmik cəhətdən aktiv yerlər ola bilər. Vulkanik, dağlı, meşəlik ərazilər də təhlükəli hesab edilir. Turdan əvvəl gediləcək yerin təhlükə riskləri nəzərə alınaraq tədbirlər planı təşkil olunmalıdır. Sərnişinlərin həyat riski minimum olmalıdır. Bələdçilərin bilik-bacarığı, nəqliyyat vasitəsinin yaxşı vəziyyətdə olması, hava şəraitnin əlverişli olması böyük rola malikdir. Təhlükə riskləri nəzərə alınmasa, sərnişinlərin həyatı risk altına girər. İnsanlar öncədən tur operatorları tərəfindən  gedəcəkləri yerlər barədə məlumat almalı, qarşılaşa biləcəkləri təhlükələrdən xəbərdar olmalıdırlar.Məsələn, hansısa çay yatağında düşərgə saldınız. Bu halda ilan sancması, vəhşi heyvan hücumuna məruz qalmaq, çayın daşması, leysan səbəbindən sel olması kimi risklər var. Bu hallarda insanlar nə etməlidir, təhlükəsizlik necə təmin olunmalıdır- hər biri öncədən deyilməlidir"

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 21:22
Top