Nigeriyada 129 milyon insan yoxsulluq içində yaşayır

DÜNYA 18 oktyabr 2024, 20:37
Afrika qitəsində əhalinin ən sıx yaşadığı ölkə olan Nigeriyada yoxsulların sayı 129 milyona çatıb.

Demokrat.az
xəbər verir ki, Dünya Bankının Nigeriya Nümayəndəliyinin dərc etdiyi hesabatda ölkədə inflyasiyanın artmasının milyonlarla nigeriyalını aclığa məhkum etdiyi bildirilib. Hesabatda, iqtisadi inkişafın sürətli olmadığı üçün yoxsulluğun artdığı yazılıb.

Afrika qitəsinin zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan bu ölkəsində gəlir bərabərsizliyi, terror təşkilatı Boko Haram və silahlı dəstə üzvlərinin hücumları kimi problemlər ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

Ölkələrində iqtisadi böhran və təhlükəsizlik problemləri səbəbiylə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya köçməyə çalışırlar.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 21:22
Top