Müəllimləri daşıyan maşını sel apardı — VİDEO

HADİSƏ 18 oktyabr 2024, 21:36

Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, avtomobildə olan bir qrup müəllim heyəti çayı keçən zaman sel gəlib.

Nəticədə "Chevrolet" markalı nəqliyyat vasitəsini su basıb və 100 metr məsafəyə aparıb.

Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra nəqliyyat vasitəsini və sürücünü sudan çıxarmaq mümkün olub.

Sakinlər bildiriblər ki, kənddə körpü yoxdur, yalnız Qonaqkənddə var. Cimi sakinləri gediş-gəliş üçün çayı keçməli olurlar.

Həmin görüntüləri təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 21:22
Top