Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü — YENİLƏNİB

HADİSƏ 18 oktyabr 2024, 11:47
Cəbrayılda yol qəzasında ölən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

Demokrat.az
"Report"-a istinadən xəbər verir ki, qəzada həlak olan Ədalət Zeynalov "Azərişıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.

***11:09

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az "Report"-a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalovun idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 13:13
Top