Gəncədəki partlayışda ölən və yaralananların adları

HADİSƏ 18 oktyabr 2024, 10:02
Gəncədə İsax Cəfərov küşəsi 13 saylı binada baş verən partlayış nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.

Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, səhər saat 6:00 radələrində baş verən güclü partlayış binanın 4-cü mərtəbəsində, 46 saylı evdə baş verib.

Hadisə zamanı həmin ünvanda olan 1960-ci il təvəllüdlü Mehriban Haşıyeva və ilkin ehtimala görə onunla bir ünvanda kirayədə qalan 1980-ci il təvəllüdlü Könül Xudaverdiyeva həyatlarını itiriblər. Hadisə zamanı digər mənzillərdə yaşayan 4 nəfər, Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı, 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğlu və onun oğlu Orucov Əsəd Bəxtiyar oğlu isə yaralanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top