Laçında 1 tondan artıq çətənə kolu məhv edildi

HADİSƏ 18 oktyabr 2024, 09:48
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq növbəti tədbir keçirilib.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional qrupundan məlumat verilib.

Bildirilib ki, nəticədə Pircahan kəndinin ərazisində yabanı halda bitən çəkisi 1 tondan artıq olan 6350 ədəd çətənə kolu yığılaraq məhv edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top