X bu funksiyada dəyişiklik etdi

SOSİAL MEDİA 18 oktyabr 2024, 11:38
Sosial media platforması X (keçmiş "Twitter") əngəlləmə funksiyasında dəyişiklik edib.

Demokrat.az
xəbər verir ki, bu barədə X rəsmi hesabından açıqlama verib. 

Açıqlamada istifadəçilərin bloklanması xüsusiyyətində dəyişikliklərin olacağı bildirilib. Dəyişikliyə əsasən, profili məxfi olmayan istifadəçi tərəfindən bloklanan şəxslər həmin istifadəçinin paylaşımlarını görəcək, lakin paylaşımları bəyənmək və ya şərh yazmaq kimi qarşılıqlı əlaqədə ola bilməyəcəklər.

"Bloklama xüsusiyyəti istifadəçilər tərəfindən blokladıqları insanlar haqqında zərərli və ya şəxsi məlumatların paylaşılması üçün istifadə oluna bilər" deyilən açıqlamada bu yeniliyin platformada şəffaflığı artıracağı vurğulanıb.

Həmçinin yazılarını kimin görə biləcəyindən narahat olan istifadəçilərə hesablarını "gizlətmək" tövsiyə olunub.

Qeyd edək ki, 2022-ci ildə platformanı alan amerikalı milyarder İlon Mask o vaxtdan bəri "bloklama xüsusiyyətini" tənqid edib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 13:13
Top