Fransada zorakılığa çevrilən kütləvi etirazlar zamanı polislə toqquşmalar zamanı təxminən 60 nümayişçi və hüquq-mühafizə orqanlarının 18 əməkdaşı yaralanıb.
Demokrat.az-ın məlumatına görə, bu barədə "Le Figaro" qəzeti təcili yardım xidmətlərinə istinadən xəbər verib.
Yaralanan etirazçılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.
Bu məlumatlar dəqiq deyil, çünki təkcə Marsel prefekturası hüquq-mühafizə orqanlarının 19 əməkdaşının yaralandığını bildirib. Parisdə etirazçılar onlara pirotexnika və yandırıcı qurğular atdıqdan sonra bir neçə jandarm ciddi yanıq xəsarətləri alıb.
Öz növbəsində "Le Parisien" qəzeti dünənki iğtişaşlar zamanı 515 yanğın hadisəsi və 36 müəssisənin zərər çəkdiyini xəbər verib.


