“Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcək” — Putin

DÜNYA 18 oktyabr 2024, 23:40
“Rusiya heç bir halda Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcək”.

Demokrat.az
 xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələrinin media rəhbərləri ilə görüşündə bildirib.

“İndiki Ukraynanın siyasi rəhbərliyi hələ böhranın qaynar fazasına keçməmişdən əvvəl dəfələrlə bu barədə danışırdı, ondan əvvəl də nisbətən yumşaq şəkildə bəyan edirdilər, lakin buna baxmayaraq, Ukraynanın nüvə silahına malik olması lazım olduğunu deyirdilər. Belə bir təhlükə Rusiya Federasiyasının müvafiq reaksiyasına səbəb olacaqdır”, - Putin bildirib.
“Dərhal deyə bilərəm: Rusiya heç bir halda buna imkan verməyəcək”, - Rusiya lideri qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 21:22
Top