Ərdoğan BMT-ni İsrailə silah embarqosu qoymağa çağırıb

DÜNYA 18 oktyabr 2024, 21:45
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-ni İsrailə silah embarqosuna çağırıb.

Demokrat.az xəbər verir ki, oktyabrın 18-də İstanbulda regional “3+3” platforması çərçivəsində Türkiyə, Rusiya, Azərbaycan , Ermənistan və İran nümayəndələrinin iştirakı ilə Transqafqazda əməkdaşlığın inkişafı ilə bağlı görüş keçirilib.

Danışıqlar zamanı prezident Ərdoğan bildirib ki, İsrail bölgədə münaqişələri yaymaq üçün təxribatlar axtarır və atəşkəs olmadan hər gün regional müharibəni yaxınlaşdırır. 

O, BMT-nin İsrailə silah embarqosunun tətbiqinin lehinə danışaraq, "bu, İsrailin təcavüzünü dayandırmaq üçün təsirli bir addım olacaq" deyib.

"Türkiyə bu mövqeyini bütün platformalarda ifadə etməyə davam edəcək", - deyə sonda Ərdoğan bildirib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 21:22
Top