Mətbuat Şurasında Anar Yusifoğlunun 50 illik yubileyi qeyd edildi — VİDEOREPORTAJ

MEDİA 18 oktyabr 2024, 20:19
18 oktyabr tarixində Mətbuat Şurasında tanınmış telejurnalist Anar Yusifoğlunun 50 illik yubileyi qeyd edilib.

Tədbirdə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, tanınmış jurnalistlər və sayt rəhbərləri iştirak ediblər.

Tədbiri açılış nitqi ilə açan Mətbuat Şurasının sədri, əməkdar jurnalist Rəşad Məcid Anar Yusifoğlunun jurnalistikadakı əvəzsiz yaradıcılığından danışıb.

Ardınca Milli Məclisin deputatı Elçin Mirzəbəyli jurnalistə fəaliyyətində uğurlar arzulayıb.
 
Tədbirin davamında Anar Yusifoğlunun həmkarları, tanınmış jurnalistlər onun həyat və jurnalistika yaradıcılığından bəhs ediblər.

Sonda Anar Yusifoğlunun tədbirdə çıxış edərək ürək sözlərini dilə gətirib və bu cür yubiley yaşının qeyd edilməsinə görə həmkarlara təşəkkürünü bildirib.

AZXEBER.COM sözügedən tədbirdən reportaj hazırlayıb.

Həmin videoreportajı təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 21:22
Top