QARABAĞda erməni izi və QARABAĞa QAYIDIŞ dünya mediasında — LİNKLƏR

MEDİA 17 oktyabr 2024, 10:00

Azərbaycanın işğaldan azad edilmiş bölgələrində erməni vandallığı və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı dünya mediasının diqqətindədir.

Bu günlərdə Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin dəvətilə ölkəmizdə səfərdə olan xarici jurnalistlər, Macarıstanın məşhur "Magyar Hirlap" qəzetinin redaktoru Zsolt Sütö Nagy, Bolqarıstanın Dövlət xəbər agentliyi, “24 chasa” qəzeti, “Standart” qəzeti, BTV kanalının əməldaşı  Nahidə Deniz və Özbəkistan Jurnalistlər Birliyinin üzvü, “Yoshlar” telekanalının baş redaktoru Həmzə Jumayev Cəbrayıl və Füzuli bölgəsində olublar.

Əcnəbi jurnalistlər Cəbrayıl və Füzuli bölgələrində gördükləri mənzərədən dəhşətə gəiblər. Onlar hazırladıqları materiallarda Ermənistanın yerlə yeksan etdiyi yaşayış məntəqələri, qəbirsatnlıqlar, mədəni, tarixi abidələrə xüsusi yer ayırıblar. 

Eyni zamanda keçmiş köçkünlərin böyük ruh yüksəkliyi ilkə öz doğma yurdlarına geri qayırtmaları barədə də geniş məlumat veriblər.

Demokrat.az xəbər verir ki, bu barədə Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.

O qeyd edib ki, ik ay öncə tərəflərindən Gürcüstan, Çexiya, İngltərə, Avtstriya mediasında geniş yazı dərc etdirilib: "Bu istiqamətdə işlərimizi dava etdirəcəyik. İstəyimiz Böyük Zəfərimizdən sonra yaranan gerçəklikləri dünya mediası vasitəsilə dünyanın diqqətinə çatdırmaqdır".

Dünyanın 70-dən artıq ölkəsinin media mənsubları ilə isti münasibətlərinin olduğunu qeyd edən E. Eyvazlı bu fürsəti hər zaman milli maraqlar üçün sərf edəcəklərini bildirib.

Macarıstan, Bolqarıstan və Özbəkistan mediasında hazırlanmış materialların linklərini təqdim edirik:

Bolqarıstan: //zemya.bg/%D0%B4%D0%B0-%D1%81%D0%B5-%D0%B7%D0%B0%D0%B2%D1%8A%D1%80%D0%BD%D0%B5%D1%88-%D0%BD%D0%B0-%D1%80%D0%BE%D0%B4%D0%BD%D0%B0-%D0%B7%D0%B5%D0%BC%D1%8F/

Macarıstan:

//www.magyarhirlap.hu/kulfold/20241003-megdobbento-sebek-hegyi-karabahban

//www.magyarhirlap.hu/kulfold/20241009-a-rejtelyes-azerbajdzsan-meglepetesei

Özbəkistan
//youtu.be/B-pFGWfw2lw?si=4uwr1-4Q5h7_R5F3

//youtu.be/WDiH2PcFh2U?si=bEawnSTOJD_tzIYm

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top