"Sosial medianın inkişafı həm də istifadəçilərin informasiya əldə etmək imkanlarını artırır. Artıq Facebook və instagramda xəbər səhifələri, tiktok ve telegramda xəbər kanalları da informasiya daşıyıcısı hesab edilir və əhali çox vaxt məlumatı ordan alır. Və həmin platformalarda yayımlanan dezinformasiyalar, fake newslar çox vaxt ümumilikdə Azərbaycan mediasının adına yazılır və jurnalistlər hədəf seçilir.
Bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, media subyektləri də sosial şəbəkələrdə fəal olmalı və dezinformasiya, "feyk nyus”ların qarşısını almağa çalışmalıdır:
"Düşünürəm ki, çağdaş media və media nümayəndələri yalnız informasiya yayımını düşünməli deyil, eyni zamanda yayımladığı xəbərləri oxutmaq istiqamətində də sosial şəbəkələrdən fəal istifadə etməlidir. Bu həm də sosial şəbəkələrdə peşəkarlığın artırılmasına gətirib çıxaracaq.
Sosial media ilə rəqabət üçün ilk növbədə peşəkar jurnalistlər, media subyektləri həmin platformalarda fəal olmalıdır.
Hacıbəy Heydərli bildirib ki, sosial media fəalları ilə də aktiv iş aparılmalıdır:
"Sosial şəbəkələrdə peşəkarlığın artırılması üçün də gənc jurnalistlər, səhifə, kanal sahibləri və aktiv sosial media istifadəçiləri arasında mütəmadi maarifləndirmə işləri aparılılmalıdır. Bu xüsusda Mətbuat Şurasının Sosial media ilə əlaqələr komissiyası olaraq sosial şəbəkədə fəal olan şəxslərdə görüşlər keçirilib, onlara jurnalistikanın etik kodeksləri haqda məlumat verilib, maarifləndirmə işləri aparılıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü qeyd edib ki, sosial şəbəkələrdə neqativ hallara da çox rast gəlinir:
"Ancaq onu da qeyd etmək lazımdır ki, bu gün də biz sosial şəbəkələrdə qeyri-peşəkarlıq, etik kodekslərin pozulması, yayımı qanunla qadağan edilən məlumatların, videoların, fotoların yayımı ilə rastlaşırıq. İnstagram və tiktokda fəaliyyət göstərən xəbər kanallarında qanunsuz mərc oyunlarının reklamı, ekstrasenslərin, falçıların təbliği, insanların şəxsi həyatlarının, intim görüntülərinin yayımına rast gəlirik. Bütün bunlar yolverilməzdir və bu kimi halların qarşısının alınması üçün peşəkar jurnalistlərin də üzərinə yük düşür. Media subyektləri heç bir halda sosial şəbəkələrdəki ucuz və populist reytinqin arxasınca getməməli və hər bir məlumatı dəqiqləşdirib yayımlamalıdır. Cəmiyyətin də peşəkar mediadan gözləntiləri bundan ibarətdir. Peşəkar media ilk növbədə cəmiyyətin mənafeləri mövqeyindən çıxış etməli və onu qorumalıdır. Cəmiyyətimiz də bu məsələdə diqqətli olmalı və sosial mediada yayımlanan hər bir məlumata şübhəli yanaşmalıdır.