Milli Məclisin deputatı Vüqar Rəhimzadə seçiciləri ilə görüşüb — FOTOLAR

MEDİA 17 oktyabr 2024, 20:26
6 saylı  Ordubad-Culfa seçki dairəsindən Milli Məclisin deputatı Vüqar Rəhimzadənin Yeni Azərbaycan Partiyası (YAP) Ordubad rayon təşkilatının qərargahında seçiciləri ilə görüşü olub.

Görüşdən əvvəl Ordubad şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanında Vətən oğullarının məzarları ziyarət edilib.

Vüqar Rəhimzadə görüşdə seçicilərin müraciətini dinləyərək,  onları düşündürən   məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Seçicilər geniş fikir mübadiləsi şəraitində keçirilən görüşdən məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, millət vəkili Vüqar Rəhimzadə, həmçinin Ordubad  rayonunun Dəstə kənd, Culfa rayonunun Yaycı və Bənənyar kənd seçiciləri ilə də görüşüb, Dəstə kəndində şəhidlərin xatirəsinə salınmış parkı və bulaq-abidəni ziyarət edib.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top