"Yamal üçün 250 milyon təklif etdilər, "yox" dedim”

İDMAN 18 oktyabr 2024, 10:58
"Barselona"nın prezidenti Joan Laporta Kataloniya klubunun transfer siyasətindən danışıb.

Demokrat.az
sport.es-ə istinadən xəbər verir ki, o, 17 yaşlı futbolçuları Lamin Yamal üçün dəfələrlə təklif aldıqlarını, lakin hücumçunu satmaq niyyətində olmadıqlarını qeyd edib:

“Biz necə futbolçu satacağımızı bilirik. Əgər kimsə futbolçularımızı almaq istəyirsə, yaxşı təklif verməlidir. Amma biz istəyirik ki, “Barselona”da oynayanlar kluba və bir-birlərinə hörmət etsinlər. Bizə Lamin Yamal üçün 250 milyon avro təklifi etdilər. Mən isə dedim: "Xeyr".

Bundan əvvəl mətbuatda PSJ-nin Yamal üçün Kataloniya təmsilçisinə 250 milyon avro təklif etdiyi barədə məlumatlar yayılmışdı. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 13:13
Top