Ərdoğan: Başda Azərbaycan olmaqla, zəlzələlərdən sonra göstərilən köməyi əsla unutmayacağıq

REGİON 14 oktyabr 2024, 21:14

“Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərimiz daha da dərinləşir. Başda Azərbaycan olmaqla, bütün qardaş-bacılarımızın 6 fevral zəlzələlərindən sonra göstərdikləri köməyi əsla unutmayacağıq”.

Bu barədə, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

“İnşallah, biz də onların qara günlərində, bizə ehtiyac duyduqları hər anda, qarşılıq gözləmədən qardaşlarımızın imdadına yetişəcək, bütün imkanlarımızla bu günə qədər olduğu kimi, yenə yanlarında olacağıq. Dildə, fikirdə, işdə birlik deyən mərhum Qaspıralı İsmail bəyin xəyalını gerçəkləşdirmək üçün birlikdə çalışacağıq”, - deyə o vurğulayıb.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top