Rusiyada miqrantların yeddi sahədə işləməsi qadağan ediləcək

REGİON 15 oktyabr 2024, 19:12
Omsk vilayətində gələn il əcnəbi vətəndaşların yeddi sahədə patentlə işləməsi qadağan ediləcək.

Demokrat.az
xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vitali Xotsenko öz Telegram kanalında məlumat verib.

Sənədin martın 1-dən qüvvəyə minməli olduğu bildirilib.Omsk vilayətinin başçısı qeyd edib ki, miqrantlara səhiyyə, dərman istehsalı, təhsil, ərzaq ticarəti, ovçuluq və sosial xidmətlər sahəsində işləmək qadağan olunacaq.

Ondan əvvəl bildirilib ki,  İrkutsk vilayətində gələn ildən patent əsasında işləyən əcnəbi vətəndaşların taksi də daxil olmaqla 16 sahədə işə cəlb edilməsi qadağan ediləcək.

Regionun rəhbəri İqor Kobzevin müvafiq fərmanı vilayətin rəsmi hüquqi informasiya portalında dərc olunub.

Oktyabr ayında Sankt-Peterburq qanunvericilik assambleyasının nəqliyyat və nəqliyyat infrastrukturunun inkişafı üzrə daimi komissiyası digər məsələlərlə yanaşı, miqrantların nəqliyyat sənayesində işləməsini qadağan etməyi təklif edən federal qanun layihəsini rədd edib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
Top