Sabiq nazir müavini saxlanıldı — FOTO

DÜNYA 24 oktyabr 2024, 12:20
Moskvada energetika nazirinin keçmiş müavini Anatoli Yanovski saxlanılıb.

Demokrat.az xəbər verir ki, “Kommersant”ın əldə etdiyi məlumata görə, onu Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları saxlayıblar.

Həbs müttəhimlərin keçmiş məmura qarşı ifadə verdikləri kömür sənayesindəki dələduzluq işi ilə bağlıdır. 

Məlumata görə, dindirildikdən sonra Anatoli Yanovskiyə qarşı ittiham irəli sürülməsinə qərar veriləcək.

Anatoli Yanovski 2021-ci ilə qədər energetika nazirinin müavini vəzifəsində çalışıb, burada kömür sənayesi və beynəlxalq fəaliyyətlərə nəzarət edib. O, hazırda Mədən Elmləri Akademiyasının birinci vitse-prezidenti vəzifəsində çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top