Putin: “Ukraynadan Rusiyanın təhlükəsizliyinə təhdidlər yaratmaq üçün istifadə olunur”

DÜNYA 24 oktyabr 2024, 13:21
“Ukraynadan Rusiyanın təhlükəsizliyinə təhdidlər yaratmaq üçün istifadə olunur”.

Demokrat.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının ilk plenar iclasında çıxışı zamanı deyib.

O, Ukraynanı dövlətlərarası çəkişmələrin nümunələrindən biri adlandırıb:

“Ukraynadan bizim həyati maraqlarımızı, rusdilli insanların hüquqlarının pozulması ilə bağlı ədalətli narahatlığı nəzərə almayaraq, Rusiyanın təhlükəsizliyinə kritik təhdidlər yaratmaq üçün istifadə olunur və indi ölkəmizi strateji məğlubiyyətə uğratmaq məqsədini gizlətmirlər. Rusiyaya strateji məğlubiyyət vermək istəyənlər ölkənin tarixini bilmirlər”.

Qeyd edək ki, Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclası keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top