Politoloq: "Bu ilin sonuna qədər sülh sazişi mümkün görünmür"

GÜNDƏM 23 oktyabr 2024, 19:32
Mediada ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanacağı ilə bağlı fikirlər əksini tapır. 

Politoloq Oqtay Qasımov Demokrat.az-a sualla bağlı aydınlıq gətirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər Azərbaycanın düşündüyü çərçivədə sülh müqaviləsinin imzalanması mümkün görünmür. Çünki Azərbaycanın əsas tələbi ondan ibarətdir ki, Ermənistan konsititusiyasında Azərbaycana qarşı yer alan ərazi iddiaları ilə bağlı müddəalar ləğv olunsun. Yalnız bundan sonra Azərbaycan sülh müqaviləsini imzalamağa hazır olacaq:

" Ermənistan isə belə bir referandumun 2027-ci ildə keçiriləcəyini bəyan etməklə, bu il həmin müqavilənin imzalanması ehtimalını heçə endirir. Bu baxımdan yekun və dayanıqlı sülh müqaviləsinin imzalanması bu il üçün mümkün görünmür. Sülh müqaviləsinə əsas maneəni Azərbaycan dəfələrlə qeyd edib. Ermənistan konsititusiyası qanunvericiliyində dəyişikliklər olmasa, bu, mümkün olmayacaq. Azərbaycan Prezidenti amerikalı nümayəndə ilə görüşündə də bir daha bu məsələyə xüsusi toxundu. Bildirdi ki, prosesə maneə olan əsas məsələ məhz Ermənistan konsititusiyasıdır"

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2024, 19:25
Top