"Sığorta varsa, dəyən ziyan ödəniləcək" — Deputat

GÜNDƏM 23 oktyabr 2024, 18:30
Bakıya iki gün aramsız yağan yağışlar bir çox evlərə və avtomobillərə ziyan vurub. Elə həmin andan ictimaiyyəti maraqlandıran suallardan biri dəyən ziyanın necə ödənilməsidir.

Deputat Tahir Rzayev vətəndaşları maraqlandıran sualla bağlı Demokrat.az-a açıqlama verib: 

"Yağış müəyyən çətinliklər yaradıb. Həm evlərə, həm də avtomobillərə müəyyən qədər ziyan dəyib. İnsanlar da bu təsirlərdən narahatdırlar. Ancaq qanunvericiliyə uyğun olaraq əgər avtomobillər və evlər sığorta olununlarsa, onlara dəyən ziyan ödənilməlidir".

Deputat bildirib ki, bu məsələ geniş müzakirə olunur. Ancaq qayda-qanun var. Əvvəldən bildirib ki, evlər, avtomobillər, şəxsi təsərrüfat sığortalanmalıdır. Sığorta varsa, dəyən ziyanın ödənilməsi vacibdir. 

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2024, 19:25
Top