"Dönərxanalardan mayonez yığışdırılsın" — Ekspert

GÜNDƏM 23 oktyabr 2024, 19:20
Son bir ayda təkcə Bakıda 2 dəfə dönərdən zəhərlənmə hadisəsi baş verib. Paytaxtın hər küçəsində az qala iki dönər satışı ilə məşğul olan obyekt görmək mümkündür. Hər birinə nəzarət etmək olduqca məsuliyyətli işdir. Kəmiyyət qədər keyfiyyəti də yüksəkdirmi bu dönərlərin? 

Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov Demokrat.az-a dönər alarkən nələrə diqqət etmək lazım olduğundan danışıb: 

"Dönər alanda ilk növbədə aldıqları yerin sanitariya vəziyyətinə baxsınlar. Sanitariya vəziyyəti yaxşı olmasa, uzaqlaşsınlar. Satıcının sanitariya vəziyyətinə baxsınlar. Üzü tüklü, uzun dırnaqlı antisanitar vəziyyət görsələr, yeməsinlər. Ağzı açıq, bağlı vəziyyətdə mayonez varsa, həmin yerdən dönər almayın. Mən çağırış edirəm ki, dönərxanalardan mayonez yığışdırılsın. Mayonezin saxlanma müddəti 5 saatdan artıq deyil. İnsanları zəhərləyən əsas səbəblərdən biri budur".

Ekspert qeyd edib ki, dünəndən qalan dönərlər mütləq çirklənmiş olur. İnsanlar belə halla rastlaşarsa, almaqdan imtina etməlidirlər:

"Quş əti və mal əti olmaqla, dönər hazırlayan iki müəssisə var. Onlar dönərləri şişə taxır. Mənfi qırx dərəcə şokdan keçirir. Xüsusi avtomobillərdə soyuq zəncir üzərindən dönərxanalara çatdırır. Bunlar "AzProtein" və "Səhliyalı" şirkətləridir. Onlarda bunu etmək üçün bahalı avadanlıqlar var.Dönərin mənşəyi öyrənilməlidir. Bu iki firma tərəfindən göndərilibsə, almaq olar. Əks halda istehlak etməkdən çəkinsinlər. Problemlə üzləşdikdə *1003 qaynar xətti ilə AQTA-ya məlumat versinlər. 


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2024, 19:25
Top