Yunanıstanda müəllimlər 24 saatlıq tətilə başlayıblar

DÜNYA 23 oktyabr 2024, 20:05
 Yunanıstanda müəllimlər maaşlarının artırılması tələbi ilə 24 saatlıq tətilə başlayıblar.

Demokrat.az
xəbər verir ki, tətil çərçivəsində təxminən 5 min müəllim paytaxt Afinanın mərkəzinə toplaşaraq parlament binasının yerləşdiyi Sintaqma meydanına gedib.

Müəllim və tələbələrin müşayiəti ilə davam edən aksiyada təhsil sistemi ilə bağlı tənqidlər səsləndirilib. Təxminən 3 saat davam edən nümayiş insidentsiz başa çatıb. Təhsil işçilərinin əsas tələbləri arasında maaşların artırılması və dərs yükünün azaldılması üçün yeni müəllimlərin işə götürülməsi də var.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top