Baba Rzayevin qardaşı xaricdən mal gətirmək adı ilə ölkədən valyuta çıxarıb — Cərimələndi

KRİMİNAL 23 oktyabr 2024, 23:02
Ölkənin aparıcı kabel istehsalçılarından biri olan “Göknur Bakı LTD” MMC-nin (VÖEN-1500023181) barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

 “Göknur Bakı LTD” MMC barəsində tərtib olunan protokola Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə oktyabr ayının 30-da saat 09:55-də baxılacaq.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

Onu da bildirək ki, nizamnamə kapitalı 6 milyon 349 min manat olan “Göknur Bakı LTD” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb.

MMC-nin qanuni təmsilçisi  “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin qardaşı Rzayev Rahib Hüseynağa oğludur. (Yeniavaz.com)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top