Bakının Xətai rayonunda 2005-ci il təvəllüdlü Rəhim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı dayısı Aqşinə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 8 iyun 2022-ci ildə Xətai rayonu, Zığ yolu ünvanda baş verib. Rəhim dayısı Aqşindən mərhum atasına məxsus təqaüd kartını istəyib. Aqşin isə kartı verməməsi səbəbindən aralarında sözlə aralarında mübahisə yaranıb.
Mübahisədən sonra Aqşinin onun qolundan tutaraq yaxınlıqda saxladığı avtomobilə əyləşdirərək evinə aparmaq istəməsinə görə üzərində olan bıçaqla bir dəfə onun qarın, iki dəfə sol çiyin, bir dəfə sağ, bir dəfə isə sol bud nahiyələrindən cəmi 5 zərbə vurub.
Hadisəni törədən Rəhimin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Aqşin onun doğma dayısıdır: “Dayıma qarşı etdiyi əmələ görə çox peşmanam və səhv etmişəm. Atam Famil ilə Aqşin yeznə-qayın olmaqla yanaşı, həm də bibioğlu-dayıoğlu olublar. Atam rəhmətə gedəndən sonra anam atamın təqaüd bank kartını qardaşı Aqşinə verdi. Həmin kartdan Aqşin zərərçəkmiş şəxs bizə pulu yalnız mən və yaxud anam istədikləri vaxt verir, kartda olan pulun məbləğini isə biz bilməmişik. Bu vəziyyət məni qane etmədi. Mən atamın bank kartını dayımdan istədim.
Gözləmədiyim halda dayım bu xahişimi çox aqressiv qəbul etdi. Hətta məni təhqir etdi. Hətta mənim anam ilə tikdirdiyim evin tikinti işlərinə də dayım nəzarət edirdi. Mən dayımdan kartı istədiyim üçün aramızda olan qohumluq münasibətləri gərginləşdi”.
Rəhim qeyd edib ki, məktəbi bitirdiyi üçün instituta qəbul olmaq üçün hazırlaşıb:
“Hadisə olan gün, yəni iyunun 8-də, saat 17 radələrində imtahandan gəlirdim. Evimizə getmək üçün Zığa getdim. Orada gəmiyə minmək üçün Zığ-Cilov marşrutu üzrə hərəkət edən gəminin minik yerinə gəldim. Həmin vaxt dayım öz maşını ilə oraya gəldi. Maşından düşərək mənə yaxınlaşdı və mənim qolumdan tutaraq maşına mindirmək istədi. Lakin dayıma müqavimət göstərdim. Maşına minmədim”.
Rəhim bildirib ki, daha sonra dayısı onu buraxılış məntəqəsinin yanındakı ağacın altına tərəf apararaq, orada ona əl atıb və onu vurub: “Bundan sonra özümü idarə edə bilməyərək və dayıma gücüm çatmadığı üçün özünmdə olan bıçağla dayımın qarın boşluğuna və bədəninin digər nahiyələrindən xəsarət yetirdim. Həmin vaxt hadisə yerinə 2 nəfər şəxs gələrək bizi aralayaraq dayımı maşınla xəstəxanaya apardılar. Mən isə çıxıb öz evimə getdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Aqşinin sözlərinə görə, bacısı oğlu Rəhimin atası Famil yeznəsi olmaqla yanaşı həm də bibisi oğlu olub: “Famil dünyasını dəyişdikdən sonra bacım ərinin təqaüd bank kartını və özünün maaş kartını mənə verdi ki, lazım olduqda bankomatlardan həmin kartlara daxil olan pulları çıxararaq ona verim. İş ondadır ki, bacımın ailəsi ilə yaşadığı Cilov adasında bankomat olmadığı üçün həmin kartlardan istifadə etmək mümkün olmur. Həmiçnin bacıma ev tikməkdə kömək edirəm. Yəni tikinti işlərinə özüm nəzarət edirdim. Bacımın ailəsinə pul lazım olduqda isə kartdan lazım olan məbləğdə pul çıxararaq ona verirdim. Baş vermiş hadisədən təxminən 4 ay əvvəl Rəhm atasının kartını məndən tələb etdi. Mənə qarşı kobud ifadələr işlətdi. Mən isə ona qarşı yüngül şəkildə ifadələr işlədərək təhqir etdim. Bununla da bu karta görə münasibətlərimiz pozuldu”.
Aqşin qeyd edib ki, iyunun 8-də idarə etdiyi maşınla iş yoldaşları ilə birlikdə saat 17 radələrində işdən çıxıb və Zığ qəsəbəsində olan gəmiyə minmək üçün toplanış mətəqəsindən keçib: “Bu zaman düşündüm ki, Rəhim orada ola bilər, onunla söhbət etmək lazımdır. Məqsədim Rəhimə etdiyi hərəkətin səhv olduğunu başa salmaq idi. Maşını saxladım, iş yoldaşlarıma isə məni maşında gözləmələrini dedim. Sahilə yaxınlaşdıqda Rəhimi məntəqədə gördüm. Onunla salamlaşaraq maşına minməyi təklif etdim. Qəfildən gözləmədiyim halda Rəhim bıçaqla qarın nahiyyəmdən və bədəniminin digər nahiyələrindən bir neçə xəsarət yetirdi. Bu zaman hiss etdim ki, Rəhim özünü idarə etməyi bacarmayan bir vəziyyətdədir, nə etdiyini anlamır. İş yoldaşlarım bizi araladıqdan sonra Rəhim getdi. Artıq üzərimə gəlmədi. İş yoldaşlarım məni maşına mindirərək təcili xəstəxanaya çatdırdılar”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəhimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Fariz Məlikli
Demokrat.az