BMT Türkiyədəki terroru qınadı

DÜNYA 23 oktyabr 2024, 22:20
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Türkiyənin Aerokosmik Sənayesi Şirkətinə qarşı törədilən terror aktını pisləyib.

Demokrat.az  xəbər verir ki, bu barədə BMT sözçünün müavini Farhan Haq hücumla bağlı yazılı açıqlama verib.

Haq, mövzu ilə bağlı detallı məlumat almağa davam etdiklərini bildirib.

“Baş katib mülki şəxslərə qarşı edilən bu hücumu pisləyir. Həlak olanların ailələrinə başsağlığı verir”.

Qeyd edək ki, Antonio Quterreş hazırda BRİCS sammiti ilə bağlı Rusiyanın Kazan vilayətində səfərdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top