Aqressiv it beş yaşlı qızın üzünü dişləyib

DÜNYA 23 oktyabr 2024, 21:00
Sankt-Peterburqda it evin həyətində gəzən uşağa hücum edib.

Demokrat.az
xəbər verir ki, bu barədə 78.ru telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə Şuşarı şəhərinin İzborskaya küçəsində baş verib. Beş yaşlı qız evinin həyətində gəzərkən aqressiv it ona hücum edərək üzündən yapışıb. İtin sahibi tərəfindən gəzdirildiyi bildirilir.

Nəticədə uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər zərərçəkənin vəziyyətini orta ağır qiymətləndiriblər. Ona üzündə dişləmə yaraları diaqnozu qoyulub.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top