Tramp yenidən milyarderlər siyahısında — Onun nə qədər pulu var?

DÜNYA 23 oktyabr 2024, 18:50
ABŞ prezidentliyinə namizəd Donald Tramp avqustun 6-dan bəri ilk dəfə Bloomberg Billionaires Index-ə düşüb.

Demokrat.az
xəbər verir ki, buna səbəb onun media startapının (Truth Social) səhmlərinin siyasi mərc bazarlarında bahalaşması olub.

Keçmiş prezidentin sərvəti  6,5 milyard dollara yüksəlib və onu dünyanın 500 ən varlı adamı siyahısında 481-ci yerdə qərarlaşdırıb. "Truth Social"ın sahibi olan "Trump Media & Technology Group Corp." (DJT) sentyabrın sonundan etibarən dəyərini təxminən üç dəfə artırıb və nəticədə Trampın kağız üzərindəki sərvəti kəskin çoxalıb.

"Trump Media" Donald Trampın ABŞ-ın növbəti prezidenti olma ehtimalı ilə bağlı mərc etmək üçün vəkil kimi ticarət edir. "Polymarket" və "PredictIt" mərc saytlarında Trampın 5 noyabr seçkilərində qalib gələcəyinə dair əmsallar son həftələrdə artıb.

Donald Trampın xalis sərvəti hazırkı prezident Co Baydenin yarışdan çəkilməsi və vitse-prezident Kamala Harrisin Demokratlar Partiyasından namizəd olmasından - iyulun 22-dən sonra ən yüksək səviyyəyə çatıb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top