Azyaşlı bullinqə məruz qaldıqda nələr edir?

GÜNDƏM 23 oktyabr 2024, 19:53
Uşaqlar arasında bullinq çağın bəlasına çevrilib. Onlar bəzən böyüklərdən də acımasız davrana bilirlər. Övladımız bizimlə danışmırsa, onun zorakılığa məruz qalmasını hardan bilə bilərik? 

Problem haqda klinik psixoloq Şəbnəm İslamlı Demokrat.az-a danışıb: 

"Zorakılığa məruz qalan uşaq fiziki və psixoloji baxımdan ciddi ziyan görür. Fiziki olaraq qarın ağrısı, baş ağrısı yorğunluq görülür. Psixoloji olaraq isə zaman keçdikcə özünə qapanma, sosial fobiya, depressiya, aqressiyanı idarə edə bilməmək kimi hallar baş verir. Beləliklə uşaqlar dərsə getmək istəmir, dərslərinə fokslanmaqda əziyyət çəkir. Belə olan halda valideyn baş aça bilmir ki, uşağa nə olub, onunla necə davranmaq lazımdır
Bullinq intiharın bir addımlığında olmaq deməkdir. Həyatları sakit görünsə də, bir qığılcım bəs edir ki, intihara cəhd etsin. Çünki dözümü yoxdur".

 Psixoloq bildirib ki, ailəsi tərəfindən zorakılıq görən uşaqlar zorakılıq davranışları göstərərək həm ailəsinin, həm də digərlərinin diqqətini çəkməyi bacarır. Bu onun ünsiyyət dilinə çevrilir. Çalışaq, övladlarımız nə zorakılığa məruz qalan, nə də zorakılıq göstərən tərəf olsunlar. 

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top