Zəhərlənmə halları azalacaq — AQTA-dan yeni addım

GÜNDƏM 23 oktyabr 2024, 18:36
“Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb. AQTA məlumat verib ki, bu sənədin hazırlanmasının məqsədi dönərin təhlükəsiz istehlakı üçün qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi və gigiyena qaydalarına daha ciddi əməl olunması, bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Dönərin hazırlanması, çiy ətin emalı, saxlanılmasına dair texniki tələblər müəyyənləşdirilib sənəddə.

Qida təhlükəsizliyi eksperti Ağa Salamov Demokrat.az-a açıqlamasında qeyd edib ki, bu hüquqi sənədlə qida zəncirinin bütün mərhələlərində gigiyena qaydalarına əməl etmək və təhlükəsiz məhsul hazırlamaq bütün müəssisələr üçün öhdəlik olacaq:

“Müəssisəyə daxil olan ətin mənşəyi məlum olmalıdır. Ət AQTA-nın qeydiyyatından keçmiş kəsim məntəqələrindən alınmalıdır. Baytar nəzarətindən keçmiş olmalıdır. Bunlar qida zəncirinin birinci mərhələsidir. Müəssisəyə daxil olan ət məhsulları otaq temperaturunda 10-20 dərəcə istilikdə emal olunmalıdır. Emal olunmuş ət otaq temperaturunda 2-3 saatdan artıq saxlanmamalıdır. Əti avadanlıqlarla təchiz olunmuş şöbələrdə düzgün şərtlər daxilində emal etmək lazımdır. Emal prosesi bitdikdən sonra avadanlıqlar, səthlər, alətlər dezinfeksiya edilməlidir. Qida zəncirinin əvvəlindən sonunadək gigiyena qaydalarına əməl etmək təhlükəsiz qida əldə etmək deməkdir. Belə olan halda zəhərlənmə halları da azalar. AQTA-nın bu addımı təqdirəlayiqdir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2024, 19:25
Top