Sabah Bakının üç rayonunda qaz olmayacaq

SOSİAL 23 oktyabr 2024, 22:43
Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nərimanov və  Sabunçu rayonlarında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 24.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ, Nərimanov və Sabunçu rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top