FETÖ-da hakimiyyət davası — Gülənin yerinə iki namizəd var

GÜNDƏM 23 oktyabr 2024, 18:26
Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ölümündən sonra təşkilatın gücünü və pulunu idarə etmək istəyənlər mübarizəyə başlayıb.

Demokrat.az
xəbər verir ki, Güləndən sonra hakimiyyət uğrunda gedən mübarizədə Mustafa Özcan və Abdullah Aymazın adları ön plana çıxıb. Mustafa Özcan hazırda təşkilatın ABŞ şöbəsinə, Abdullah Aymaz isə Avropa strukturuna rəhbərlik edir. 

Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Özcan və Aymazın adları FETÖ-nün yeni liderləri olmaları baxımından önə çıxır. FETÖ-nün ABŞ qolunu idarə edən Özcan təkcə Gülənin Pensilvaniyadakı malikanəsində ən yaxınında olan şəxs deyil, həm də Cevdet Türkyolu vasitəsilə təşkilatın pullarına nəzarət edən şəxsdir. Gülənin ölümünə qədər bütün işlərini Özcan və Türkyolu idarə edib.

Təşkilatda Özcana dəstək verənlər arasında Türkyolu, "qara kasa" kimi tanınan İsmət Aksoy, Özcanın "Kaynak Holding"i təhvil verdiyi Naci Tosun, Muhammed Çətin, "Zaman" qəzetinin keçmiş baş redaktoru Əkrəm Dumanlı, Türkyolunun qaynı Adəm Kalaç var.

Özcana yaxınlığı ilə tanınan bu adların hamısı FETÖ-nün yeni İcraiyyə Komitəsinə seçilib. Eyni zamanda Özcanın rəhbərlik və idarə etdiyi bölmələr heyətin formalaşmasında böyük əhəmiyyət kəsb edir.

FETÖ-nün Avropa qolunu idarə edən və təşkilatın yeni lideri olmaq istəyən Aymaz Avropa regionunun ən güclü adlarından biridir. Yeni İcraiyyə Komitəsinə seçilənlər arasında Aymaz da var.

Aymazı dəstəkləyənlər arasında Mustafa Yeşil, Ali Ursavaş, Talip Büyük, İsmail Cingöz, Hüseyn Karakuş və Bilal Karaduman yer alıb. Təşkilatın yeni İcraiyyə Komitəsində bu adlardan yalnız Talip Büyük var.

İcraiyyə Komitəsinə seçilən Büyükün qurumun pulu ilə İngiltərədə fond və daşınmaz əmlak bazarlarında çalışdığı məlum olub. Karakuş Almaniyanın, Karaduman isə İngiltərənin imamıdır.

Təşkilatın hazırkı İcraiyyə Komitəsində digər adlar Barbaros Kocakurt, Şerif Ali Tekalan və Mehmet Yavuzlardır.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2024, 19:25
Top