Türkiyədə terror: 4 ölü, 14 yaralı

DÜNYA 23 oktyabr 2024, 20:50
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.

Demokrat.az xəbər verir ki, bu barədə o, Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Türkiyənin daxili işlər naziri yaralılardan üçünün vəziyyətinin ağır olduğunu bildirib.

 ***18:59

Türkiyədə baş verən terror hücumunda 3 nəfər həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

 Onun sözlərinə görə, hücumda 14 nəfər yaralanıb.

 Terrorçulardan ikisinin zərərsizləşdirildiyi bildirilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top