Yerə tüpürənlər cərimə olunacaq

DÜNYA 23 oktyabr 2024, 18:22
Bir çox ölkələr ətraf mühitin çirklənməsinə nəzarət etmək üçün müxtəlif tədbirlərdən istifadə edirlər. Bunlardan biri də İsveçrə idi. 

Demokrat.az xəbər verir ki, indidə İsveçrənin Muttenz şəhərində bələdiyyə tərəfindən tüpürcək qadağası qoyulub. Dünyanın ən təmiz ölkələrindən biri kimi tanınan İsveçrənin Muttenz şəhərinin bələdiyyə şurası yeni cəzalar qəbul edib. "Basler Zeitung" qəzetinin məlumatına görə, Şura üzvü Salome Lüdi, "İctimai yerdə kiminsə yerə tüpürdüyünü görmək xoşagəlməz haldır" deyib.

O bildirib ki, yeni əsasnamə polisin gündəlik işini asanlaşdırmaq məqsədi daşıyır. Siqaret kötükləri, yerdəki saqqız və daşan zibil qutuları İsveçrədə tapa biləcəyiniz bir şey deyil. İsveçrənin Muttenz şəhərində bu dəfə küçəyə tüpürən hər kəs 100 frank və ya təxminən 106 avro ödəməli olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top